Premyer Liqanın daha bir klubu maaşları dayandırdı
İngiltərənin “Uotford” klubu da koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar futbolçuların məvacibini dayandırmağa qərar verib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə futbolçularla razılığa gəldiyini açıqlayıb.
Açıqlamada maaşların ertələndiyi bəyan olunsa da, detallar açıqlanmayıb. Sadəcə, klub prezidenti Skott Daksberi futbolçulara təşəkkür edib və onların bu qərarı tərəddüd etmədən qəbul etdiyini söyləyib.
Xatırladaq ki, Premyer Liqada daha öncə “Vest Hem”, “Sauthempton” və “Şeffild Yunayted” klubları maaşların bir neçə aylıq ertələndiyini açıqlamış, “Arsenal”da isə futbolçu və məşqçi heyətinin məvacibləri azaldılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin