“Real”ın formasını geyindiyinə peşman olub – “Atletiko”nun hücumçusu

“Atletiko”nun hücumçusu Alvaro Morata maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı futbolçu daha əvvəl “Real”ın formasını geyindiyi üçün təəssüfləndiyini deyib:

“Əvvəl “Atletiko”da oynamışdım. Böyüdükcə nələrisə dəyişmək istədiyimi hiss etdim. Buna görə də “Xetafe”yə keçmişdim. Sonra da “Real”a. İspaniyada “Atletiko”dan başqa, bu iki komandanın formasını geyindiyim üçün təəssüflənirəm”.

Müqavilə ilə “Çelsi”yə məxsus olan Morata, 2019-cu ilin yayından “Atletiko”dadır. Hücumçu 2008-2014-cü illər aralığında “Real”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button