La Liqa klubu maaşları azaldır
İspaniyanın “Valensiya” klubu futbolçularının məvaciblərini azaldacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “yarasalar”ın koronavirus pandemiyası səbəbindən yaranacaq maliyyə itkisini azaltmaq üçün belə qərar qəbul etdiyi bildirilib.
“Valensiya” rəhbərliyi La Liqada mövsüm tamamlanmazsa, məvacibləri 18 faiz, oyunlar azarkeşsiz keçirilsə, 9 faiz azaldacaq.
Bundan əvvəl “Espanyol”, “Barselona”, “Atletik”, “Sevilya” və “Real” da futbolçuların məvaciblərini azaltmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin