Millinin baş məşqçisi məvacibinin azaldılmasına razı oldu

İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt koronavirus pandemiyasına görə məvacibinin azaldılmasına razı olub.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport” nəşri məlumat yayıb. Sautqeyt İngiltərə Futbol Federasiyasının ona təklif etdiyi 30 faizlik endirimi qəbul edib. Bu haqda federasiyanın yaxın zamanda rəsmi açıqlama verəcəyi gözlənilir.

2016-cı ildən İngiltərə millisini çalışdıram Sautqeytin müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button