“A Seriyasını tamamlaya bilməsək…” – Federasiya prezidenti
İtaliya Futbol Federasiyanın prezidenti Qabriele Qravina koronavirus pandemiyası səbəbiylə dayandırılan ölkə çempionatının bərpası ilə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, federasiya rəhbəri, çempionatın may ayında bərpa olunmasını planlaşdırdıqlarını bildirib:
“Çempionatın mayın 3-də başlaması və iyunun sonunda bitməsini nəzərə alaraq təqvim hazırlayırıq. Bundan başqa, iyul ayında da bir neçə günü planlarımıza daxil etməli olacağıq. Buna görə də, çempionatı bir az daha gec tamamlamaq üçün hazırda ölkə rəhbərliyi, UEFA və FİFA nümayəndələrinə müraciət etdik. Eyni zamanda, avrokubok yarışlarını və milli fasilələri də nəzərə almalıyıq.
Hazırda turnirin mayın 3-dən davam edə biləcəyinə əmin olmalıyıq. İstənilən halda, çempionatları tamamlamalıyıq. A Seriyasını tamamlaya bilməsək, maddi baxımdan böyük itki yaşaya bilərik. Çempionatın bitməsi üçün ideal tarix iyunun 30-dur, amma bəzi səbəblərə görə, liqa hətta iyulun sonuna qədər uzana bilər”.
Bizi Facebook-da izləyin