“Real” yenidən “qırmızı şeytan” üçün hərəkətə keçir

“Mançester Yunayted”in qapıçısı David de Xeanın yenidən İspaniyada çıxış etmək ehtimalı yaranıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Real” futbolçunu heyətinə qatmaq niyyətindədir. Komandanın baş məşqçisi Zinəddin Zidan təcrübəli qolkiperin xidmətində maraqlıdır. “Kral klubu”nun 29 yaşlı qapıçı üçün “Mançester Yunayted”in tələb etdiyi 70 milyon avronu ödəməyə razı olduğu bildirilir.

De Xea 2015-ci ildə də “Real”ın maraq dairəsində idi. Həmin vaxt futbolçu Madrid klubuna transfer olunmağa yaxın idi. Lakin transferin son günündə ortaya çıxan problem səbəbiylə bu keçid baş tutmamışdı.

De Xeanın “qırmızı şeytanlar”la müqavilə müddəti 2023-cü ilin iyulunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button