Setyen Messiyə görə narahat deyil: “Bu, heç vaxt məni narahat etməz”

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Kike Setyen komandanın hücumçusu Lionel Messinin son zamanlarda az qol vurması ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis, argentinalı futbolçunun az fərqlənməsindən narahat olmadığını bildirib:

“Messinin son zamanlar az qol vurmasına əhəmiyyət vermirəm. Əlbəttə, o, qol vursaydı, daha yaxşı olardı. Amma bu, heç vaxt məni narahat etməz. Komandada fərqlənən Messi və ya başqa futbolçu ola bilər. Onun belə bir şansı var və bu, vacibdir. Messi komandada 14 il ərzində çoxlu qollar vurub. İndi fərqlənə bilmirsə, bu, bizim üçün vacib məsələ deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button