Harri Keyn “qırmızı şeytan” olacaq?

“Tottenhem”in futbolçusu Harri Keynin komandadan ayrılmaq istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Keyn üçün əsas variantın “Mançester Yunayted” olduğu bildirilir. Kubok qazanmaq istəyən hücumçu, bunu “Tottenhem”də reallaşdıra biləcəyinə inanmır və “qırmızı şeytanlar”da çıxış etmək istəyir. Hazırda zədədən əziyyət çəkən futbolçunun yay transfer dövründə London klubundan ayrılaraq, “Mançester Yunayted”ə keçmək istədiyi bildirilir.

İngiltərə millisinin üzvü olan futbolçunun klubla müqaviləsi 2024-cü ilin iyulunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button