“Barselona”nın oyununa icazə versəz, topun arxasınca qaçacaqsız” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidanın İspaniya La Liqasının 26-cı turunda “Barselona”nı məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, 2:0 hesabıyla bitən görüşü belə şərh edib:

“El klasiko”da qalib gəldikdən sonra fərqli hisslər yaşayırsan. İlk hissə bizim üçün çox çətin oldu. Ancaq fasilədən sonra düzəldik və yaxşı oyun göstərdik. Hücumda yaxşı oynadıq, ən əsası, mükəmməl təzyiq etdik. “Barselona”nın oyununa icazə versəz, topun arxasınca qaçacaqsız. Və bu, həqiqətən də pisdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button