“Neftçi”nin futbolçusunun karyerasında ilk
Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu qola “Neftçi” – “Keşlə” qarşılaşmasında hesabı açan Emin Mahmudov imza atıb.
Xatırladaq ki, mövsümdə ilk qolu 1-ci turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə 6-cı turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə 11-ci turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.
“Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin