“Lazım olan anda bunu edə bilmirik” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 27-ci turunda “Lester”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola 1:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Ardıcıl 4 penaltidir ki, vura bilmirik. Bəlkə də ən çox lazım olan anda bunu edə bilmirik. Bu dəfə qapıçıları çox yaxşı oynadı. Ancaq növbəti dəfə penaltini qola çevirəcəyik.
“Real”la matça 2 gün qalıb. Hazırlığımız yaxşı keçib. “Real”la oyuna tam hazırıq”.
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Real” – “Mançester Siti” matçı fevralın 26-da oynanılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin