Razılıq verdi – yayda “Çelsi”yə keçəcək
İngiltərənin “Çelsi” klubunun heyətini yeni qapıçı ilə gücləndirmək istədiyini xəbər vermişdik.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu axtardığı futbolçunu Hollandiyada tapıb. “Ayaks”ın qapıçısı Andre Onana karyerasını “Çelsi”də davam etdirməyə yaxındır. 23 yaşlı qapıçı yay transfer dövründə “Çelsi”yə keçməyə razılıq verib. Futbolçunun transfer məbləği 40-50 milyon avro arası olaraq müəyyənləşdirilib.
Kamerunlu qolkiperin “Tottenhem”, “Barselona” və PSJ-nin də maraq dairəsində olduğu deyilirdi.
2015-ci ilin qışından “Ayaks”da çıxış edən Onananın klubla müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin