Azərbaycan yığmaları mövqeyini qorudu – Reytinq

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısı açıqlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmaları da bu siyahıda yer alıb.

Qadınlardan ibarət millimiz dünyanın 22-ci komandası olaraq ötənilki mövqeyini qoruyub. Yığmamızın hesabında 33 xal var.

Çin millisi 320 xalla siyahıya başçılıq edir. ABŞ 266 xalla 2-ci, Serbiya 252 xalla 3-cüdü.

Kişilərdən ibarət Azərbaycan yığmasının isə cəmi 7 xalı var. Komandamız dünyada 65-cidi. Voleybolçularımız ötənilki mövqeyini qoruya bilib.

Cədvəlin ilk üç pilləsində Braziliya (335), ABŞ (280) və Polşa (272) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button