“Bu amil “Barselona”ya gəlməyimdə vacib rol oynadı” – De Yonq

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun saytına açıqlama verən niderlandlı futbolçu, “Barsa”dakı vəziyyəti barədə danışıb:

“Yarımmüdafiədə oynamağı sevirəm, hər zaman bu mövqedə oynamışam. Gördüyünüz işdən zövq almaq çox vacibdir, amma zəhmət və çalışmaq da əhəmiyyətlidir. Hər şeyi addım-addım etmək lazımdır. Hazırda özümü yaxşı hiss edirəm, amma bilirəm ki, daha da yaxşı ola, inkişaf edə bilərəm. “Barselona”nın oyun sisteminə uyğunlaşmaq asan oldu, çünki bu, “Ayaks”da gördüyümüz işə bənzəyir. “Barselona”da yarımmüdafiəçilər bütün bacarıqlarını göstərə bilirlər. Bu amil “Barselona”ya gəlməyimdə vacib rol oynadı. Hər məşqçi öz kiçik əlavələrini etməyi sevsə də, “Barselona” hər zaman eyni üslubda oynamağa çalışır.

“Barselona”ya transfer olundum və bir çox insanın qarşısında, “Kamp Nou”da oynamaq xəyalım gerçək oldu. Bu klubla bütün kubokları qazanmağı arzu edirik. Hər kəs Çempionlar Liqasının qalibi olmağı arzulayır, lakin biz həm də, La Liqada və kubokda da qalib gəlmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button