Türkiyə millisinin sabiq forvardı özünə yeni klub tapdı
Bir müddət əvvəl “Kayserispor” klubu ilə vidalaşan Umut Bulutun yeni komandası müəyyənləşib.
Komanda.az xəbər verir ki, Türkiyə millisinin sabiq forvardı Super Liqanın digər təmsilçisi “Yeni Malatyaspor”la anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, indiyə qədər “Petrol Ofisi”, “Ankaragücü”, “İnegölspor”, “Trabzonspor”, “Tuluza”, “Qalatasaray” və “Kayserispor” klublarının formasını geyinən Umut Bulut karyerası ərzində 466 oyuna çıxıb, 158 qola imza atıb. 36 yaşlı hücumçu Türkiyə millisində də 69 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin