3 ay olmayacaq
“Yuventus”da bu gün əməliyyat olunan Sami Kxediranın sağalma müddəti bəlli olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, dizindən əməliyyat keçirən 32 yaşlı yarımmüdafiəçi üç aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.
Kxediranın növbəti ilin martında məşqlərə başlaması gözlənilir.
2015-ci ildən “Yuventus”da forma geyinən alman yarımmüdafiəçi bu mövsüm A Seriyasında 12 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin