Leao “Fənərbaxça” variantına tərəddüdlə yanaşır

“Milan”ın hücumçusu Rafael Leao karyerasını “Fənərbaxça”da davam etdirmək variantına hələlik müsbət yanaşmır.

Komanda.az “Milan News”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu İstanbul klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacağına dair qeyri-müəyyənliyə görə tərəddüd edir. “Fənərbaxça” hazırda turnirin təsnifat mərhələsində mübarizə aparır.

27 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klublarından aldığı bir neçə təklifi də geri çevirib.

“Transfermarkt” portalı Leaonun dəyərini 50 milyon avro qiymətləndirir. Onun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button