
Azərbaycan yığmasının üzvləri üçün Qahirə sınağı
Azərbaycanın boccia üzrə milli komandasının üzvləri Misirin paytaxtı Qahirədə keçiriləcək Çellencer turnirində iştirak edəcəklər.
Komanda.az xəbər verir ki, iyulun 25-dən 31-dək təşkil olunacaq yarışda Sona Ağayeva, Orxan Kərimov (hər ikisi BC2 kateqoriyası) və Zaur Veysəlov (BC4 kateqoriyası) mübarizə aparacaq.
Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Bocciaçıları yarışda məşqçi Elşən Məhərrəmov müşayiət edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



