
ABŞ klubu Nunyes üçün danışıqlara başlayıb
ABŞ-nin MLS təmsilçisi “Atlanta” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Darvin Nunyesin transferi ilə bağlı danışıqlara başlayıb.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Amerika klubu uruqvaylı hücumçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir.
Bildirilir ki, Nunyes yeni klub axtarışına agenti Jorje Mendeşi də cəlb edib. Ancaq “Əl-Hilal” ötən yay təxminən 55 milyon avroya transfer etdiyi futbolçunu qarşılıqsız buraxmaq niyyətində deyil.
Nunyesin özü “Barselona” variantına da isti yanaşır. Ancaq Kataloniya klubu hələlik bu keçidlə bağlı konkret addım atmayıb və transferi prioritet hesab etmir. Bu məsələdə çox şey Xulian Alvaresin (“Atletiko”nun hücumçusu) mümkün transferindən, eləcə də maliyyə şərtlərindən asılı olacaq.
27 yaşlı hücumçu ötən mövsüm 24 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə verib. O, mövsümün gedişində legioner limitinə görə daxili turnirlərdə “Əl-Hilal”ın sifariş ərizəsindən kənarda qalmışdı.
Bizi Facebook-da izləyin



