Buffon İtaliya millisinin təklifini qəbul etməyib

İtaliya futbolunun tanınmış simalarından olan Canluici Buffon ölkə millisinin strukturunda fəaliyyət göstərmək təklifini qəbul etməyib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, bu yaxınlarda İtaliya Futbol Federasiyasının texniki direktoru vəzifəsinə təyin olunan Paolo Maldini Buffonu ölkənin futbol strukturunda görmək istəyirdi. Bu qurum ölkənin bütün milli komandalarının fəaliyyətinin əlaqələndirilməsinə cavabdehdir.

Məlumata əsasən, sabiq qolkiperə təşkilatda əsas idarəedici vəzifələrdən birinin həvalə olunması və milli komandaların işində fəal iştirakı planlaşdırılırdı. Ancaq Buffon bu təklifdən imtina edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button