
“Mançester Yunayted” seneqallı futbolçu ilə maraqlanır
“Kristal Pelas”ın cinah oyunçusu İsmaila Sarr “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” seneqallı futbolçu ilə bağlı ilkin sorğular aparıb. Sarrla başqa klublar maraqlansa da, o, özü uşaqlıqdan “Mançester Yunayted” azarkeşi olub və bu komandada oynamaq arzusunu gizlətməyib.
28 yaşlı futbolçu 2025/26 mövsümündə “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 45 oyunda 21 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



