
DÇ-2026: “Tamamilə sarsılmışam”
İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocers dünya çempionatının yarımfinalında komandasının Argentina yığmasına məğlubiyyətindən sonra paylaşım edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial media hesabında bunu yazıb:
“Tamamilə sarsılmışam. Komanda bura qədər gəlmək üçün çox çalışdı, amma sonu çox ağrılı oldu. Turnirboyu bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Biz geri qayıdacağıq. Dünya çempionatında İngiltərə millisinin formasını geyinmək arzumu gerçəkləşdirdim”.
İngiltərə millisi yarımfinalda Argentina yığmasına 1:2 hesabı ilə uduzub. Komanda üçüncü yer uğrunda Fransa millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



