
DÇ-2026: Messidən unikal göstərici
Argentina millisinin 39 yaşlı hücumçusu Lionel Messi DÇ-2026-nın İngiltərə yığması ilə keçirilən yarımfinal matçında diqqətçəkən nailiyyətə imza atıb.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Messi bu qarşılaşmada 10-dan çox uğurlu driblinq edib. O, DÇ-2026-da bir oyunda bu göstəriciyə çatan yeganə futbolçudur.
Argentina yığması İngiltərəni 2:1 hesabı ilə məğlub edərək, finala yüksəlib. Messi oyunu əvəzolunmadan keçirib və iki məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm rol oynayıb.
Argentina millisi iyulun 19-da keçiriləcək final oyununda İspaniya yığması ilə qarşılaşacaq. Matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



