
“Barselona” onun transferini gündəmdən çıxarıb
“Tottenhem”in və İspaniya millisinin müdafiəçisi Pedro Porrorun “Barselona”ya transferi gözlənilmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Kataloniya klubunun prezidenti Xuan Laportanın və idman direktoru Dekunun rəğbətini qazansa da, bu keçidin baş tutması ehtimalı çox aşağı qiymətləndirilir. Buna səbəb futbolçunun qısa müddət əvvəl “Tottenhem”lə müqaviləsinin müddətini uzatması və maaşında artım əldə etməsidir.
Bundan əlavə, “Barselona” rəhbərliyi hesab edir ki, hazırda sağ cinah müdafiəçisi mövqeyi təcili gücləndirilməli olan xətt deyil. Porrorun adı İspaniyanın digər top-klubu “Real”la da hallandırılır.
“Transfermarkt” portalının məlumatına görə, ispaniyalı futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir. Onun “Tottenhem”lə yeni müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Facebook-da izləyin



