“İnter” keçmiş futbolçusunu geri qaytarmaq istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç bu yay komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun transferində “İnter” maraqlıdır.

Kovaçiç daha əvvəl – 2013-2015-ci illərdə də Milan klubunun formasını geyinib. Bildirilir ki, onun xidmətində Almaniya Bundesliqası və İngiltərə Premyer Liqasının bəzi klubları da maraqlıdır.

31 yaşlı yarımmüdafiəçi “Mançester Siti”yə 2023-cü ildə, 29 milyon avro qarşılığında “Çelsi”dən transfer olunub. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək qüvvədədir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 9 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı Kovaçiçin dəyərini 10 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button