“Bayern” Ceksonla vidalaşdı

“Bayern” icarə əsasında bu komandada çıxış edən Nikolas Ceksonla yolları ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub seneqallı futbolçunun satınalma bəndini aktivləşdirməmək qərarına gəlib. Münhenlilər 64 milyon avroluq satınalma məbləğini həddindən artıq yüksək hesab edib. 25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıdıb.

Nikolas Cekson 2025/2026 mövsümündə “Bayern”lə bütün turnirlərdə 34 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button