
“Sabah” Ukrayna klubuna uduzdu
Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama matçını keçirib.
Komanda.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi “Polesye” ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan çempionunun 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
“Sabah” toplanış çərçivəsində daha əvvəl “Universitatya” (Rumıniya) və “Ferentsvaroş”la (Macarıstan) qüvvəsini sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



