
“Sumqayıt” Emilin transfer hüquqlarını da aldı
2026/27 mövsümü üçün heyət çalışmalarına start verən “Sumqayıt” futbolçu Emil Mustafayevin məxsus olduğu Ukraynanın “Polesye” klubu ilə transfer anlaşması əldə edib.
Komanda.az xəbər verr ki, 24 yaşlı yarımmüdafiəçi daha 2 mövsüm bu komandanın uğurları üçün çalışacaq.
Ötən mövsüm “Sumqayıt”ın heyətində 14 oyuna çıxan Emil Mustafayev bu qarşılaşmalarda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Emil həm də Azərbaycan yığmasının üzvüdür. O, indiyə qədər millidə 5 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



