
İngiltərə klubu Kunde üçün təklif göndərməyə hazırlaşır
“Barselona”nın müdafiəçisi Jül Kunde bu yay komandadan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi fransalı futbolçunu bu yay satmağa hazırdır. Müdafiəçinin transferində “Çelsi” maraqlıdır. Bildirilir ki, “Barselona” futbolçu üçün tələb etdiyi məbləği 55 milyon funt-sterlinqə (təxminən 65 milyon avro) endirib. Bu səbəbdən, London təmsilçisi yaxın vaxtlarda rəsmi təklif göndərməyə hazırlaşır.
Kunde “Barselona”ya 2022-ci ildə 50 milyon avro qarşılığında “Sevilya”dan transfer olunub. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-na qədərdir.
29 yaşlı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



