
Messi: “Bir neçə il də oynamağa davam edəcəm”
Argentina millisinin kapitanı, “İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını yaxın vaxtlarda başa vurmaq niyyətində olmadığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olan Messi hələ bir neçə il də futbol oynamaq istədiyini bildirib. 39 yaşlı hücumçu gələcəyi ilə bağlı danışarkən bunları deyib:
“Bəli, bir müddət də, bir neçə il oynamağa davam edəcəm. Nə qədər ki, sağlamlığım buna imkan verir və komandalarıma fayda verə bilirəm, meydanda olacam”.
2026-cı il dünya çempionatında Argentina millisinin vurduğu beş qolun hamısına Messi imza atıb.
Argentina millisi mundialın ilk iki matçında qələbə qazanaraq, vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə əldə edib. Komandanın qrup mərhələsində İordaniya millisi ilə keçirəcəyi son oyun turnir baxımından əhəmiyyət daşımayacaq.
Bizi Facebook-da izləyin



