
“Bayern” isveçli futbolçunun transferini nəzərdən keçirir
“Bayern” “Tottenhem”in yarımmüdafiəçisi Lukas Berqvallı transfer etmək variantını nəzərdən keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçu son vaxtlar mümkün ayrılıq xəbərləri ilə gündəmə gəlir. Bildirilir ki, komandanın baş məşqçisi Roberto De Zerbi onu əsas heyətin dəyişməz üzvü kimi görmür.
Münhen təmsilçisi 20 yaşlı yarımmüdafiəçini komandadan ayrılan Leon Qoretskanın əvəzləyicisi kimi nəzərdən keçirir.
Berqvallın xidmətində Premyer Liqanın digər klubları – “Çelsi”, “Aston Villa” və “Nottingem Forest” də maraqlıdır.
Futbolçunun “Tottenhem”lə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



