
DÇ-2026: “Neymar hazırdır”
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Neymarın zədədən sonra meydana qayıtmağa hazır olduğunu açıqlayıb.
34 yaşlı forvard zədə səbəbindən Braziliya yığmasının dünya çempionatındakı ilk iki oyununu buraxmışdı. Ancaq Şotlandiya millisi ilə qarşılaşma öncəsi o, tam hazır vəziyyətə gəlib və bir aydan artıq fasilədən sonra ilk dəfə meydanda görünə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, futbolçunun hazırkı durumundan razı qaldığını bildirib:
“Neymar oynamağa hazırdır. O, məşqlərdə özünü çox yaxşı tərəfdən göstərir və matçlarda iştirak edə bilər. Ondan çox razıyam”.
Braziliya ilə Şotlandiya yığmaları arasında keçiriləcək oyun iyunun 25-də baş tutacaq. Qarşılaşmanın start fiti saat 02:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



