
Konte İtaliya millisinin yeni baş məşqçisi olmağa yaxındır
İtaliya futbolunda böyük dəyişikliklərə hazırlıq gedir.
Daha əvvəl xəbər verildiyi kimi, federasiyanın yeni prezidenti vəzifəsinə səslərin 68,6 faizini toplayan Covanni Malaqo seçilib.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, yeni rəhbərliyin ilk addımlarından biri milli komandada ciddi islahatlar aparmaq olacaq. İtaliya millisinin baş məşqçi postuna əsas namizəd kimi Antonio Kontenin adı ön plana çıxır. O, bu məsələdə Roberto Mançinidən daha çox dəstəyə malikdir.
Yaxın günlərdə Konte ilə danışıqlara start veriləcək. Federasiya rəhbərliyi mütəxəssisi milli komandanın “sükanı arxasına” gətirərək, İtaliya futbolunu yenidən dünyanın aparıcı qüvvələri sırasına qaytarmağı hədəfləyən yeni layihənin əsas simasına çevirmək niyyətindədir.
Bununla yanaşı, Paolo Maldininin İtaliya yığmalarının texniki direktoru vəzifəsinə təyin olunmasının demək olar ki, həll edildiyi bildirilir.
Bizi Facebook-da izləyin


