
“Qarabağ”dan ayrılan futbolçu Portuqaliya klubuna keçdi
“Qarabağ”dan ayrılan Fabian Buntiçin yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, xorvatiyalı qolkiper karyerasını Portuqaliyada davam etdirəcək.
Buntiç “Farense” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2-ci liqa təmsilçisi 29 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verməyib.
Fabian Buntiç 2024-cü ilin yayından “Qarabağ”da çıxış edirdi. O, 2025/26 mövsümündə Ağdam təmsilçisinin forması meydana çıxdığı 7 rəsmi matçda qapısında 7 qol görüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



