Haland: “Dünya çempionatında iştirak etmək möhtəşəmdir”

Norveç millisinin hücumçusu Erlinq Haland komandasının dünya çempionatının qrup mərhələsində Seneqal yığması üzərində 3:2 hesablı qələbəsini dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Qürur duyuram və zövq alıram. Daha bir möhtəşəm axşam. Milli komandada oynamağı sevirəm. Dünya çempionatında iştirak etmək möhtəşəmdir”.

25 yaşlı futbolçu bu qarşılaşmada 2 qol vurub. O, ilk turda İraq yığması üzərində 4:1 hesablı qələbə qazanılan matçda da dubla imza atıb.

Norveç millisi qrup mərhələsində son oyununu Fransa yığmasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button