
“Komo” İngiltərə millisinin üzvünü transfer etmək istəyir
“Komo” “Çelsi”nin və İngiltərə millisinin müdafiəçisi Trevo Çalobanı heyətinə qatmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 26 yaşlı futbolçunu cari transfer dövründə əldə etmək istəyir. Ancaq tərəflər arasında razılığa hələ çox var. Bildirilir ki, “Çelsi” öz yetirməsi olan Çalobanı komandada saxlamaqda maraqlıdır və bu səbəbdən, müdafiəçi üçün yüksək məbləğ tələb edir.
İngiltərəli futbolçu ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 3 qol vurub. O, DÇ-2026 zamanı zədələnən Tino Livramentonun əvəzinə təcili olaraq İngiltərə millisinin heyətinə cəlb olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



