Premyer Liqa klublarının “radar”ındadır – ABŞ millisinin hücumçusu

“Monako”nun və ABŞ millisinin hücumçusu Folarin Baloqun bu yay komandasını tərk etməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

24 yaşlı forvardla İngiltərə Premyer Liqasının bir neçə klubu maraqlanır. “Monako” rəhbərliyi futbolçunun satışı ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır. Ancaq knyazlıq təmsilçisi Baloqunu 50 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil.

Amerikalı futbolçu ötən mövsüm bütün turnirlərdə 43 oyunda meydana çıxaraq, 19 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Monako” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Baloqun hazırda ABŞ millisinin heyətində 2026-cı il dünya çempionatında çıxış edir. O, qrup mərhələsinin ilk turunda Paraqvay yığmasının qapısından iki top keçirərək, komandasının 4:1 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button