
Beyl: “Futbol üçün darıxmıram”
Uels millisinin sabiq futbolçusu Qaret Beyl karyerasını başa vurmaq qərarından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbol üçün darıxmadığını deyib:
“Futbol üçün darıxmıram. Sadəcə, oynamaq xatirinə davam etmək istəmirdim. Kifayət qədər oynamışdım və növbəti mərhələyə keçməyin vaxtı çatmışdı”.
Qaret Beyl 2022-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. O, karyerası ərzində “Tottenhem”, “Sauthempton”, “Los-Anceles” və “Real”ın formasını geyinib. Beyl Madrid klubunda çıxış etdiyi dövrdə 3 dəfə İspaniya çempionu, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


