
De Zerbi “Tottenhem” rəhbərliyi ilə vacib məsələləri müzakirə edəcək
“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi klub rəhbərliyi ilə vacib görüş keçirməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün London təmsilçisinin rəhbərləri ilə telefon danışığı aparmağı planlaşdırır. Söhbət zamanı bir sıra mühüm məsələlərin, həmçinin, baş məşqçinin tələblərinin və transfer bazarındakı fəaliyyətin müzakirə ediləcəyi gözlənilir. Telefon danışığı günün ikinci yarısında baş tutmalıdır.
De Zerbi bu ilin yazında “Tottenhem”in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında Premyer Liqada çətinliklə də olsa, yerini qoruyub saxlaya bilib. Belə ki, londonlular mövsümü turnir cədvəlinin 17-ci pilləsində başa vurub və düşmə zonasını cəmi iki xal fərqi ilə geridə qoyub.
Bizi Facebook-da izləyin



