Rodri “Real”a keçməyəcək

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri artıq “Real”ın transfer hədəfləri arasında deyil.

Uzun müddət “Real”ın əsas hədəflərindən biri kimi göstərilən ispaniyalı futbolçunun transferinin baş tutmayacağı bildirilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun yarımmüdafiə xətti üçün hazırladığı qısa siyahıya beş futbolçu daxil edilib və Rodri həmin siyahıdan çıxarılıb.

Son günlər isə mətbuatda Enzo Fernandesin (“Çelsi”) “Real”a mümkün transferi barədə xəbərlər daha çox yayılır. Ancaq Madrid təmsilçisinin rəhbərliyi argentinalı futbolçu ilə bağlı hələ yekun qərar verməyib.

Rodrinin transfer dəyəri təxminən 50 milyon avro olaraq göstərilir. Futbolçu bu gün 30 yaşını tamamlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button