“Barselona”nın qapıçısı Yunanıstan klubuna keçir

“Barselona”nın qapıçısı İnyaki Penya karyerasını Yunanıstanda davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

27 yaşlı qolkiperin transferi ilə bağlı “Panatinaikos” və “Barselona” arasında tam razılıq əldə olunub. Afina təmsilçisi bu keçid üçün Kataloniya klubuna 3 milyon avro ödəyəcək.

Penyanın yeni klubu ilə müddəti 3 il olan müqavilə imzalayacağı, anlaşmada daha bir mövsümlük uzatma bəndinin də yer alacağı bildirilir. Transferə dair sənədlərin bu gün və ya sabah rəsmiləşdirilməsi gözlənilir.

“Barselona” akademiyasının yetirməsi olan ispaniyalı qapıçı ötən mövsümü icarə əsasında “Elçe”də keçirib. O, Sequndada (2-ci liqa) 16 oyunda meydana çıxıb və qapısında 28 top görüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button