
“Argentina ilə matçda cəsarətlə və qorxmadan mübarizə apardıq”
Avstriya millisi Argentina ilə matçda cəsarətlə və qorxmadan mübarizə aparıb.
Komanda.az xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Ralf Ranqnik Argentina yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlub olduqları görüşü qiymətləndirib:
“Daha artığına nail ola bilərdik, amma ümumilikdə çıxışımız planlaşdırdığımız alındı. Cəsarətlə və qorxmadan mübarizə apardıq. Lakin bəzi epizodlarda bir az da cəsarətli davranmağımızı və xüsusilə qapıya daha yaxşı zərbələr endirməyimizi istərdim.
Rəqibin ikinci qolu əks-hücumdan vurması isə çox məyusedici oldu. Amma ümumi mənzərəyə baxsaq, yaxşı oyun sərgilədik”.
Argentina – Avstriya oyunu 2:0 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


