
Dünya çempionatının ən “dəqiq”i odur
İspaniya millisinin və “Barselona”nın müdafiəçisi Pau Kubarsi 2026-cı il dünya çempionatının qrup mərhələsində ötürmə dəqiqliyi ilə diqqət mərkəzinə düşüb.
Komanda.az “SofaScore”-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Səudiyyə Ərəbistanı millisinə qarşı keçirilən və ispanların 4:0 hesablı qələbəsi ilə başa çatan matçda ötürmələrinin 99 faizini ünvana çatdırıb. Kubarsi 99 ötürmə cəhdindən 98-də dəqiq olub və oyunu əvəzlənmədən keçirib.
Müdafiəçi daha əvvəl Kabo-Verde millisi ilə oyunda da yüksək göstərici sərgiləmişdi. O, həmin qarşılaşmada 109 ötürmədən 107-ni dəqiq yerinə yetirmişdi.
Beləliklə, Kubarsinin dünya çempionatının ilk iki matçındakı ümumi ötürmə dəqiqliyi 98,55 faiz təşkil edir. Bu göstərici hazırda turnirdə ən azı 50 ötürmə edən bütün futbolçular arasında ən yüksək nəticədir.
İspaniya millisi qrup mərhələsinin son turunda, iyunun 27-də Uruqvay yığması ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



