
“Artıq Messi barəsində nə deyəcəyimi bilmirəm” – Skaloni
Lionel Messi barəsində deyiləcək heç bir söz yoxdur.
Komanda.az xəbər verir ki, bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi Lionel Skaloni Avstriya yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis komandanın kapitanı Lionel Messinin çıxışına toxunub:
“Komanda çətin anlar yaşadığı vaxtlarda belə Messi topu qazanır, mübarizədən bir an olsun əl çəkmirdi. Bir futbolçunun bu qədər fədakar və oyuna bağlı olması təsadüfi deyil. Onun komandaya təsiri də məhz bundan qaynaqlanır. Artıq Messi barəsində nə deyəcəyimi bilmirəm, çünki heç bir söz onun meydanda gördüyü işi tam ifadə etmir.”
Skaloni komandanın ümumi çıxışından da razı qaldığını vurğulayıb:
“Lazım gəldikdə komanda əziyyət çəkməyi bacarır. Bəzi anlarda topa sahib ola bilmədik, amma kollektivimizin ən böyük üstünlüyü hər vəziyyətdə nə etməli olduğunu bilməsidir. İnkişaf etdirməli olduğumuz bəzi məqamlar var idi. Səbirli oynadığımız zaman düzgün ötürmələri tapa bildik. Əlbəttə, daha yaxşı çıxış edə bilərik, amma hazırda yaxşı vəziyyətdəyik və rəqabət qabiliyyətimizi qoruyuruq”.
Argentina – Avstriya oyunu 2:0 hesabı ilə başa çatıb.
Bizi Facebook-da izləyin


