
DÇ-2026: Türkiyə – Paraqvay matçının favoriti açıqlandı
2026-cı il dünya çempionatının növbəti oyun günündə Türkiyə və Paraqvay milliləri üz-üzə gələcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bukmeker kontorları Türkiyə millisinin qələbə qazanmaq ehtimalını 47,4 faiz olaraq qiymətləndirir. Paraqvay yığmasının qalib gəlmək şansı 24,9 faiz, heç-heçə ehtimalı isə 27,7 faizdir.
Türkiyə millisi FİFA-nın reytinq cədvəlində 22-ci, Paraqvay yığması isə 41-ci pillədə qərarlaşıb.
Qarşılaşma iyunun 20-də, saat 07:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



