
Doku qərarını verib
“Mançester Siti”nin yarımmüdafiəçisi Ceremi Doku gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, bu barədə “La Derniere Heure” məlumat yayıb.
Belçikalı oyunçu digər klubların marağına baxmayaraq, ən azı gələn mövsümün sonuna qədər “Mançester Siti”də qalmağa qərar verib və bütün təklifləri rədd edib.
Dokunun “şəhərlilər”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Onun bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.
24 yaşlı yarımmüdafiəçi ötən mövsüm 47 oyunda meydana çıxıb, 8 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



