
“Milan”ın “radar”ındadır – İtaliyalı hücumçu
“Udineze”nin hücumçusu Nikolo Zaniolo “Milan”ın transfer siyahısına düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu daha yüksək maaş tələb edir, ancaq “Udineze” hələlik onun maliyyə tələblərini qarşılamağa razı deyil. Bu vəziyyəti yaxından izləyən klublardan biri isə “Milan”dır.
Zaniolo ötən mövsümdə bütün turnirlər daxil olmaqla 38 oyunda meydana çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə verib. İtaliyalı futbolçunun hazırkı bazar dəyəri təxminən 15 milyon avro olaraq qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



