
“Turan Tovuz” rəsmisi: “CAS-dan cavab gözləyirik”
Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünü turnir cədvəlinin 3-cü pilləsində başa vuran “Turan-Tovuz” 32 illik həsrətə son qoyaraq, Konfrans Liqasına vəsiqə qazansa da, bildiyimiz kimi, sonradan UEFA-nın bölgə təmsilçisinin avrokuboklarda iştirakına qoyduğu qadağa öz təsdiqini tapdı.
UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) müraciətlə bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında CAS-dan cavab gözlədiklərini bildirdi:
“Çox həssas bir mövzudur, hər bir detal dəqiqləşməlidir. Amma rəsmi olan budur ki, işi CAS-a vermişik, cavab gözləyirik”.
UEFA AFFA-nın 2019-cu ildə qəbul etdiyi qərarı əsas götürərək, “Turan Tovuz”u avrokuboklarda iştirakdan məhrum edib. Həmin vaxt bölgə təmsilçisi 1-ci divizionda çıxış edərkən, komandanın 7 futbolçusu oyunların manipulyasiyasında günahlandırılıb və ömürlük futboldan uzaqlaşdırılıb.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



