İspan futbolçu “Barselona”dan getmək fikrində deyil

“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal bu yay komandasını dəyişmək niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb.

19 yaşlı futbolçu klub rəhbərliyinin və məşqçilər heyətinin ona göstərdiyi etimaddan, xüsusilə də, ötən mövsümün ikinci yarısında aldığı dəstəkdən çox razıdır.

Bernalla maraqlanan bir sıra klubların olduğu qeyd edilsə də, yarımmüdafiəçi “Barselona”dan ayrılmağı düşünmür.

“Barselona” akademiyasının yetirməsi olan Bernal klubu həyatının komandası hesab edir və gələcəyini də burada görür.

İspaniyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button