“Sabah”ın qapıçısı millidən ayrılıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button